EBRD-nin Azərbaycan ofisinin rəhbəri: “Biz inanırıq ki, qadın sahibkarlar iqtisadi inkişafın irəliləməsində çox vacib rol oynayırlar”
19.4.2018

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iki məşğələyə bölünmüş Rəqəmsal Marketinq təlimi keçirir.

Xəbər verilir ki, ötən gün başlamış və bu gün davam edən, eləcə də mayın 22-23-də baş tutacaq təlimdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən on beş qadın sahibkar iştirak edəcək.

“Rəqəmsal Marketinq” təlimi müasir marketinq texnikası və elektron ticarət sahəsinə cıxışın az olması da daxil olmaqla müəssisə səviyyəsində qadın sahibkarların qarşılaşdıqları spesifik cətinlikləri aradan qaldırmaqla onların sahibkarlıq bacarıqlarını artırmağa yənəldilib. Bu təlim marketinq sahəsində dərin biliklər verməklə onun paraktikada tətbiqi, biliyin onlayn şəkildə əldə edilməsi və həmçinin nəzəriyyənin vebsayt, social şəbəkələr və elektron məktub vasitəsilə rəqəmsal sahəyə tətbiqi barədə məlumat verir.

“Biz inanırıq ki, qadın sahibkarlar iqtisadi inkişafın irəliləməsində və sahibkar qadınlar üçün bərabər imkanların yaradılması sahəsində çox vacib rol oynayırlar. Uyğunlaşdırılmiş proqram vasitəsilə qadınları dəstəkləmək onlara işqüzar biliklərin verilməsinə imkan yaradır ki, bu da onlara öz müəssisələrini dayanıqlı biznesə çevirmələri üçün zəruridir. “Rəqəmsal Marketinq” təlimi iştirakçılara biznes əlaqələrini və sahibkarlıq bacarıqlarını artırmağa imkan yaradacaqdır,- deyə EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte bildirib.

Qarşıdan gələn “Rəqəmsal Marketinq” təlimi EBRD-nin Sahibkar Qadınlar proqramının bir hissəsdir ki, bu da “EU4Business” Təşəbbüsü cərcivəsində Avropa İttifaqı, İsveç, Erkən Keçid Dövründə Olan Ölkələr Fondu və Kiçik Biznesə Təkan Fondu tərəfindən maliyyələşdirilir.

Qeyd edək ki, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, maliyyə konsepsiyasının əsaslarını anlamaq istəyən qadın sahibkarları dəstəkləyir və onlara öz bizneslərini genişləndirməkdə kömək edir.

report.az