FİDE prezidenti Şəmkirə gəlir
18.4.2018

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin açılış mərasimi keçiriləcək.

Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.

Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.

report.az