Gənc caz ifaçıları Milli Konservatoriyada konsert verəcəklər
17.4.2018

Aprelin 18-də Azərbaycan Milli Konservatoriyasında “Bakuba Band” caz musiqi qrupu konsert proqramı ilə çıxış edəcək.

Konservatoriyadan  bildirilib ki, konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək. Musiqi rəhbəri Əməkdar Artist Tofiq Cabbarov olan qrupda Nicat Aslanov (piano), Afşin Əlizadə (Piano), Nicat Paşazadə (bas gitara), Firudin Həmidov (truba), Həsən Bilalov (zərb alətləri), Sona Ələsgərova və Məlik Ramiz (vokal) çıxış edəcəklər.


azertag.az