ATMU-nun tələbələri Çində beynəlxalq beşulduzlu otellərdə peşəkar vərdişlərə yiyələnəcəklər
17.4.2018

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dörd tələbəsi istehsalat təcrübəsi keçmək üçün Çinin Hubey şəhərinə yola düşüb. Turizm və otelçilik ixtisası üzrə üçüncü kursda təhsil alan bu gənclər Çin Respublikasının beynəlxalq beşulduzlu otellərində peşəkar vərdişlərə yiyələnəcəklər.

Universitetdən bildiriblər ki, ATMU və Hubey Politexnik İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində altıaylıq təcrübə zamanı tələbələr beynəlxalq otellərin sertifikasiyası proqramına qoşulacaqlar. Azərbaycanlı gənclər Hubey Texniki Peşə Məktəbində Çin mədəniyyəti, dili və turizmi ilə tanış olacaq, peşəkar vərdişlərə sahiblənmək üçün beynəlxalq beşulduzlu otellərdə istehsalat təcrübəsi keçəcəklər.


azertag.az