Tanınmış bəstəkarın əsərləri səsləndiriləcək
16.4.2018

Aprelin 17-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Rəna Qədimovanın 60 illik yubileyinə həsr olunmuş müəllif konserti təqdim olunacaq.

Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə bəstəkarın ömür yoluna nəzərə salınacaq və kamera əsərləri səsləndiriləcək.


azertag.az