Həftəsonu Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
13.4.2018

Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında 5 tamaşa nümayiş olunacaq.

Teatrdan verilən məlumata görə, aprelin13-də saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), aprelin 14-də saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), aprelin 15-də saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Teatr aprelin 14-də saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə rus xalq nağılı “Qoğalın sərgüzəştləri” və aprelin 15-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) tamaşası ilə gələcək.

Tamaşalara biletləri 6 manatdan başlayan qiymətlərlə mərkəzləşdirilmiş kassalardan və “Asan Xidmət” filiallarından əldə edə bilərsiniz.


report.az