Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar 5 kitabçada çap edilib
13.4.2018

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada çap edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilib:

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq və dizayn

4. Teatr, kino və xoreoqrafiya sənətləri

5. Bədən tərbiyəsi və idman

Vəsaitlərdə həmçinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilib.

Vəsaitləri DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:


report.az