Musiqi Mədəniyyəti Dövlət Muzeyində mərakeşli ifaçı çıxış edəcək
13.4.2018

Aprelin 16-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifalar təqdim edəcək. Muzeydən bildirilib ki, konsert Mərakeş səfirliyinin dəstəyi və muzeyin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qnava üslubu Mərakeşin mədəni irsinin əsas istiqamətlərindəndir. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyalarıdır.

Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan olan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb. Bu il İnnov Qnava qrupu Qremmi mükafatının “Ən yaxşı rəqs” nominasiyasına layiq görülüb. Mərakeşin Essauriya şəhərində hər il dörd gün ərzində Qnava Beynəlxalq Musiqi Festivalı keçirilir.


azertag.az