Türkiyəli ifaçı Bakıda tələbələr üçün ustad dərsləri keçirib
12.4.2018

Anadolu Universitetinin Dövlət Konservatoriyasının dosenti, tanınmış violino ifaçısı Hüseyn Bülent Akdenizin iştirakı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri təşkil edilib.

BMA-dan bildirilib ki, akademiyanın tələbələri üçün nəzərdə tutulmuş ustad dərslərində V.A.Mosartın “Konsert № 5”, P.İ.Çaykovskinin “Vals - Skerso”, İ.S.Baxın “2 nömrəli partita”dan Sarabanda və Jiqa əsərləri araşdırılaraq ifaçılıq xüsusiyyətləri və çətinlikləri haqqında müzakirələr aparılıb.


azertag.az