Ötən il elmi tədqiqat və işləmələrlə məşğul olan mütəxəssislərin sayı 2003-cü illə müqayisədə 31 faiz artıb
12.4.2018

2017/2018-ci tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

T.Budaqov qeyd edib ki, onlarda 167677 tələbə ali təhsil alıb: “Bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir: “2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil alıb. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılıb. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib”.

O həmçinin əlavə edib ki, 2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərib: “Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşğul olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur”.


report.az