Sədr: “2003-cü illə müqayisədə 2016-cı ildə muzeylərə gələnlərin sayı 2,4 dəfə çox olub”
12.4.2018

“2003-cü illə müqayisədə 2016-cı ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,4 dəfə çox olub”.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O qeyd edib ki, 2016-cı ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,7 milyon nəfər, teatr tamaşaçılarının sayı isə 0,7 milyon nəfər olub. Bu da 2003-cü illə müqayisədə muvafiq olaraq 1,8 faiz çoxdur: “Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Azərbaycanda 33 milyon kitab fondu olan 3088 kütləvi kitabxana, 2539 klub müəssisəsi, 236 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 5 musiqi kollektivi, 5 konsert zalı və 348 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir”.


report.az