Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
10.4.2018

Azərbaycanlı futbol hakimi UEFA tərəfindən yeni təyinat alıb.

FIFA referi köməkçisi Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək.

Final mərhələsinin oyunları mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.


azertag.az