Qadın gimnastlarımız dayaqla tullanma yarışlarında dünya kubokunun finalına yüksəliblər
15.3.2018

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda qadın təmsilçilərimiz finala yüksəliblər.

Dayaqla tullanma yarışlarında qüvvələrini sınayan Marina Nekrasova (13.399 xal) və Yuliya İnşina (13.183 xal) dünya kubokunun finalında mübarizə aparacaqlar.

Bakıda üçüncü dəfə təşkil olunan bu kubok yarışlarına 25 ölkədən 100-dən çox idmançı qatılıb.

Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.

azertag.az