Milli Kitabxanada növbəti kitab sərgisi Novruz bayramına həsr edilib
15.3.2018

Martın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı ilə əlaqədar “Azərbaycanın Milli Bayramı-Novruz” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə bayramın tarixi, çərşənbələr, xalq arasında yayılmış adətlər, təbiətin oyanması, habelə bayram oyunları, xalq meydan tamaşaları, ayrı-ayrı mövsüm atributları və digər ədəbiyyatlar nümayiş olunur.

On gün davam edəcək sərgi ilə hər kəs tanış ola bilər.

azertag.az