Tahir Salahovun ev-muzeyində Novruz bayramı qeyd olunub
14.3.2018

Hər il olduğu kimi, bu il də Tahir Salahovun ev-muzeyində Novruz bayramına həsr olunmuş “Çərşənbə” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyası ilə birgə təşkil olunub.

Tədbirdə gimnaziyanın şagirdlərinin ifasında Novruz bayramını özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, mahnılar oxunub.

azertag.az