Milli Kitabxanada növbəti sərgi Cabir Novruza həsr edilib
12.3.2018

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədib, Xalq Şairi Cabir Novruzun 85 illiyi münasibətilə “Cabir Novruz – 85” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və rus dilində olan əsərləri, tərcümələri, “Ön söz” yazdığı, redaktoru olduğu, sözlərinə bəstələnmiş mahnılar, habelə şair haqqında yazılmış kitablar və dövri mətbuat materialları sərgilənib. Bir həftə ziyarətçilər üçün açıq olacaq sərgi ilə hər kəs tanış ola bilər.

azertag.az