Azərbaycanlı bəstəkarın əsəri beynəlxalq festivalda səsləndiriləcək
12.3.2018

Noyabrın 28-dən dekabrın 2-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında “Başqa məkan” (“Druqoye prostranstvo”) VI Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.

Moskva Filarmoniyasının saytına istinadla xəbər verilir ki, festival çərçivəsində noyabrın 29-da Fərəc Qarayevin “Orkestr və solo skripka üçün konsert”i səsləndiriləcək. Əsəri Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri təqdim edəcək. Orkestrin dirijoru Vladimir Yurovski olacaq. Solist Patrisiya Kopaçinskayadır.

azertag.az