İnsan və robot itin mübarizəsi
21.2.2018

“Boston Dynamics” özünün “YouTube” səhifəsində şirkət əməkdaşı ilə robot itin mübarizəsi barədə video paylaşıb.

Video sutka ərzində 450 minə yaxın baxış toplayıb.

Videoda şirkətin əməkdaşının robotun qapını açmasına mane olmağa çalışdığı görünür. Lakin robot it inadla ona verilən komandanı yerinə yetirməyə çalışır.

“Boston Dynamics” nümayəndələri bildiriblər ki, robot it “get” komandası aldıqdan sonra tam avtonom hərəkət edib.

Video

lent.az