Bu il “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq
21.2.2018

Bu il “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq.

“Iteca Caspian” şirkətindən bildirilib ki, cari ilin aprel ayında şirkət tərəfindən Azərbaycanda təşkil olunan beynəlxalq sərgilər mövsümü öz işinə başlayır. İl ərzində 16 sərgi və bir konfransın keçirilməsi planlaşdırılıb. Bu ilin əhəmiyyətli hadisəsi isə Azərbaycanda təşkil olunan ilk ixtisaslaşdırılmış sərgi və konfrans - Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq.

Sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.

Tədbirin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına üzvlük ilə tamamlanır və burada sərgilər elan olunan statistik məlumatlar və tələb olunan təşkilati səviyyəyə uyğunluq baxımından hər il kompleks yoxlamadan keçərək keyfiyyət nişanı ilə təltif olunur. Əsas sənaye sərgiləri beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

azertag.az