Milli Kitabxanada “Əliağa Kürçaylı-90” adlı kitab sərgisi açılıb
21.2.2018

Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında “Əliağa Kürçaylı – 90” adlı kitab sərgisi açılıb. Sərgi Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının anadan olmasının 90 illiyinə həsr olunub.

Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və rus dilində çap olunmuş əsərləri, sözlərinə yazılmış musiqilərin diskləri, redaktoru olduğu, tərcümə etdiyi, “Ön söz” yazdığı kitablar və şair haqqında ayrı-ayrı müəlliflərin yazdığı kitablar, qəzet-jurnal materialları yer alıb.

Sərgi bir həftə davam edəcək.

azertag.az