Muğam Televiziya müsabiqəsi qalibləri möhtəşəm konsert proqramı ilə çıxış edib
20.2.2018

Heydər Əliyev Sarayında 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsi qaliblərinin konserti olub.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Muğam Televiziya müsabiqələrinin qalib və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak ediblər.

Konsertdə xanəndələri Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Əməkdar Artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşayiət edib.


azertag.az