Statistika: yanvarda 13 milyon manatlıq kompüter və elektrik avadanlıqları istehsal edilib
19.2.2018

Yanvar ayında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 13,0 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 23,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 22,3 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 30,3 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,3 faiz azalıb, məişət soyuducularının istehsalı 54,0 faiz artıb.

azertag.az