Milli Konservatoriyada Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək
19.2.2018

Fevralın 20-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq Artisti, professor Arif Babayevin 80 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək.

AMK-nın mətbuat xidmətindən bildirilib ki, tədbirdə görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında geniş konsert proqramı təqdim ediləcək. Gecədə, həmçinin sənətkarın muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

azertag.az