“Şəhrizad” baleti bu dəfə də anşlaqla qarşılanıb
16.2.2018

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun “Şəhrizad” baleti təqdim olunub.

Teatrdan bildirilib ki, anşlaqla qarşılanan tamaşada respublikanın tanınmış mədəniyyət, incəsənət və ictimai xadimləri iştirak edib.

Səhnə əsərində əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova və Əməkdar Artist Samir Səmədov canlandırıblar. Balet Xalq Artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə edilib.

azertag.az