Bakıda məşhur fotoqraf Sven Marquardın sərgisi açılacaq
14.2.2018

Fevralın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində məşhur fotoqraf Sven Marquardın sərgisi açılacaq.

“Goethe-Zentrum Baku” tərəfindən “Kapellhaus”a gətirilən “Altar” audiovizual instalyasiya Svenin tanınmış texno-klub fiquru DJ və musiqi prodüseri Marcel Dettmannla əməkdaşlığının nəticəsidir. Onun musiqisi Sven Marquardın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadacaq.

Sərgi martın 7-dək davam edəcək.

Qeyd edək ki, son on ildə Sven Marquard Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi tanınıb. Marquard analoq avadanlıqdan istifadə etdiyi ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir edib.


azertag.az