“Könüldən-könülə” adlı musiqili poeziya gecəsi təşkil edilib
13.2.2018

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Könüldən -könülə” adlı musiqili poeziya gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, gecənin təşkilatçıları Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları olmuş və hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə (skripka), Mədinə Bağırova (fortepiano) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseynağa Aslanovdur.

Tədbirdə məqsəd gənclərdə klassik musiqiyə, eləcə də sözə, poeziyaya daha çox diqqət, maraq artırmaqdır.

Musiqili poeziya gecəsi tamaşaçılara rəngarəng və maraqlı proqramla təqdim olunub.

azertag.az