BANM-ın bütün məzunları işlə təmin olunub
12.2.2018

Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola salıb.

Ali Məktəbdən verilən məlumata görə, keçən il BANM-i neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər – cəmi 102 məzun bitirib.

Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində davam etdirir. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.

Mühəndislik sahəsində ixtisasları beynəlxalq səviyyədə qəbul edilən BANM-in məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:

Şikət/təşkilatÜmumi say
STAR & PETKIM (TÜRKİYƏ)24
AZNEFT İSTEHSALAT BİRLİYİ18
SOCAR POLYMER6
BAKI ALİ NEFT MƏKTƏBİ6
HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU5
BP5
HALLIBURTON2
MAİRE TECNİMONT2
GİLAN HOLDİNG2
SCHLUMBERGER1
SOCAR Baş Ofis1
SOCAR Ümid MMC1
AZƏRİKİMYA1
NİPİ Neftegas MMC1
CƏMİ75 nəfər

Qeyd edək ki, Ali Məktəbin 6 məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaq.

Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur.

Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.

Təhsilini davam etdirməyi qərara almış BANM-ın məzunlarının ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:

UniversitetÖlkəSayTəhsil pilləsi
Kolorado Mədənlər MəktəbiABŞ1 nəfərPhD
Bakı Ali Neft MəktəbiAzərbaycan14 nəfərMagistratura
Stanford UniversitetiABŞ1 nəfərMagistratura
Azərbaycan Dövlət İqtisad Universitetinin MBA ProqramıAzərbaycan6 nəfərMagistratura
Hamburq Texnologiyalar UniversitetiAlmaniya2 nəfərMagistratura
Fredrix Aleksandr adına Nürnberq UniversitetiAlmaniya1 nəfərMagistratura
Turin Politexnik Universitetiİtaliya1 nəfərMagistratura
Milan Politexnik Universitetiİtaliya1 nəfərMagistratura
Kataloniya Politexnik Universitetiİspaniya1 nəfərMagistratura
Ege UniversitetiTürkiyə1 nəfərMagistratura
Debrecen UniversitetiMacarıstan1 nəfərMagistratura
Budapeşt Texnologiya və İqtisadiyyat UniversitetiMacarıstan1 nəfərMagistratura
Maliyyə və Administrasiya UniversitetiÇexiya1 nəfərMagistratura
CƏMİ1 nəfər Ph.D və 31 nəfər Magistr

report.az