Şair Məstan Günərin “Seçilmiş əsərləri” çap olunub
12.2.2018

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şair Məstan Günərin “Seçilmiş əsərləri”nin ikicildliyi çap olunub.

Nazirlikdən bildirilib ki, Dövlət mükafatı laureatı, şair Məstan Günərin ikicildliyində insanın insana, insanın vətənə, təbiətə, bəşəri ləyaqətə, milli mənəvi dəyərlərə münasibəti əks olunub.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

azertag.az