Professor Tamara Sinyavskaya ustad dərsləri keçəcək
12.2.2018

Aprelin 7-8-də SSRİ Xalq Artisti, professor Tamara Sinyavskaya Moskvada V.İ.Muradeli adına musiqi məktəbində ustad dərsləri keçəcək.

Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verilir ki, ustad dərslərində ali musiqi məktəblərinin vokal şöbələrinin tələbələri və musiqili teatrların 22-30 yaş arasında artistləri iştirak edə bilərlər. Onlar bu barədə Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun elektron ünvanına (fund@m-magomaev.ru) ərizə ilə müraciət etməli və videoyazı (2-3 əsər) göndərməlidirlər.

Ərizələr aktiv iştirak üçün (yerlər məhduddur) martın 25-dək, passiv iştirak üçün aprelin 6-dək qəbul edilir.


azertag.az