Kapital Bank müştərilərinə pul qazandırır
12.2.2018

Kapital Bank-ın 100-dən artıq MasterCard sahibinin hər biri 50 manat qazandırır.

Bankdan verilən məlumata görə, Kapital Bank-ın MasterCard kart sahibləri lotereyada iştirak ediblər. Şərtlərə görə, ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 20 AZN ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.

Fevralın 28-nədək davam edəcək lotereyada hər gün 10 müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq.

Qeyd edək ki, MasterCard kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank manat, dollar və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 93 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

trend.az