Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb
17.1.2018

Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Azərbaycan səfiri Tofiq Abdullayevlə görüşüb.

Xəbər verilir ki, əmir azərbaycanlı diplomatı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsindəki rol və xidmətlərinə görə "Al Wajba" medalı ilə təltif edib.

T.Abdullayev əmirə və dövlətin rəsmi şəxslərinə Qətərdə diplomatik fəaliyyətinin uğurlu keçməsinə yardım göstərdiklərinə görə minnətdarlığını bildirib.

report.az