Gimnastımız bürünc medal qazandı
16.1.2018

12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışlarda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub. Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lentlə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

trend