“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti
16.1.2018

Yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı təqdim edilib.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb.

“Vokal musiqi axşamı” adlı konsertdə respublikanın tanınmış gənc ifaçıları iştirak ediblər. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunub.

Konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli ilə yanaşı, Motsart, P.İ.Çaykovski, Georq Hendel və digər Qərb bəstəkarlarının da əsərləri səsləndirilib.

Layihədə Əməkdar Artist İlhamə Abdullayeva, vokalçılar Kamran Rzayev, Cəlal Kərimov, İlham Nəzərov, Kamilla İmanova və başqalarının çıxışları alqışlarla qarşılanıb.

İfaçıları pianoda Dilarə Kərimova və Nərgiz Əliyeva müşayiət ediblər.

“Gənclərə dəstək” layihəsinin növbəti konserti yanvarın 29-da təqdim ediləcək.

Qeyd edək ki, bu layihəsi çərçivəsində ötən il 30-dək konsert proqramı təşkil olunub

azertag.az