Ölkəmiz beynəlxalq gözəllik müsabiqəsində təmsil olunacaq
16.1.2018

Azərbaycan yanvarın 24-dən 28-dək Gürcüstanda ilk dəfə keçiriləcək "International Beauty Talent and Fashion Awards World Rising Stars" müsabiqəsində təmsil olunacaq.

Gürcüstan saytlarına istinadla xəbər verilir ki, tədbirdə 16 ölkədən, həmçinin Azərbaycandan müxtəlif gözəllik və model müsabiqələrinin qalibləri iştirak edəcək.

Tədbir çərçivəsində milli geyim, fashion-şou, talant-şou turları keçiriləcək. Eyni zamanda, ölkə rəsmiləri ilə görüşlər təşkil olunacaq. Yanvarın 28-də keçiriləcək final mərasimində ən yaxşı model mükafatlandırılacaq.

azertag.az