Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgi keçiriləcək
16.1.2018

Fevralın 7-də Rusiya Dövlət Dumasının binasında azərbaycanlı rəssamların sərgisi açılacaq.

Sərgi Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq. Sərgini Dövlət Dumasının sədri Vyaçeslav Volodin açacaq.

Təntənəli mərasimə hökumət üzvləri, Milli Məclisin deputatları dəvət olunublar.

report.az