Ajda Pekkan Bakıda
12.1.2018

Türkiyənin superstarı Ajda Pekkan Bakıya gəlib.

Bu barədə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova məlumat yayıb.

O, müğənninin şəklini paylaşaraq “Bakıya xoş gəlmisiniz” yazıb.

Qeyd edək ki, “Nargis” jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Bakıda, Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Onu da bildirək ki, Ajda Pekkan sonuncu dəfə Bakıya 2013-cü ildə gəlib.

trend.az