“Xatirə ədəbiyyatı” seriyasından növbəti kitab - “Ürəyimdən kimlər keçdi”
12.1.2018

“Xatirə ədəbiyyatı” seriyasından yazıçı, publisist və naşir Mustafa Çəmənlinin xatirələrindən ibarət “Ürəyimdən kimlər keçdi” kitabı çap olunub.

“XAN” nəşriyyatından verilən məlumata görə, otuzdan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirələri toplanıb.

Kitabda yazıçının nəşriyyatda işlədiyi vaxtlarda müxtəlif sənət adamları ilə görüşləri, onlar haqda xatirələri yer alıb.

azertag.az