BP və ADA universiteti Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzi yaradıb
15.12.2017

BP şirkəti ADA universiteti ilə birgə Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzinin yaradılması üzrə layihəni başa çatdırıb.

Məlumata görə, ötən il başlayan layihə BP-nin və onun tərəfdaşlarının yerli potensialın yaradılmasına dəstək üzrə öhdəliklərindən biridir.

Mərkəz ADA Universitetində yaradılıb. Layihə nəticəsində burada iri məlumatların təhlili və öyrənilməsi üzrə yeni magistr proqramı başlayacaq.

Layihənin icra olunduğu müddətdə məlumatların təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı, eləcə də 30 işçi terminalı quraşdırılıb. Hazırda Mərkəz istismara hazırdır.

trend.az