Əlilliyi olan şəxslərin işlə təminatı üçün yeni layihəyə start verilib
11.12.2017

BP və Azərbaycandakı layihələr üzrə tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək üzrə yeni layihəyə başlayıblar.

Layihə əlilliyi olan 100 şəxs üçün kurs və treninqlərin keçirilməsini nəzərdə tutur.

Layihənin təqdimat mərasimində qeyd olunub ki, artıq bir qrup şirkət zəruri təcrübənin və layihənin 100 iştirakçısının məşğulluğunun təmin edilməsi üzrə öhdəlik götürüblər. Bu məqsədlə həmin şirkətlərin nümayəndələrindən ibarət komitə yaradılması da planlaşdırılır.

Treninqlərdən əlavə, ingilis dili və kompüter kurslarının təşkili də nəzərdə tutulur.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons bildirib ki, layihə iştirakçıların həm peşəkar, həm də psixoloji baxımından hazırlanması məqsədilə həyata keçirilir.

Layihənin reallaşdırılması ilə "British Council Azerbaijan" şirkəti məşğul olacaq.

Gələn ilin sonunadək icra olunacaq layihənin dəyəri 488 min manat təşkil edir.

trend