1,5 milyondan artıq azərbaycanlı 2017-ci ilin 11 ayı ərzində Gürcüstana səfər edib
11.12.2017

2017-ci ilin yanvar-noyabr ayları ərzində 1 milyon 556 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən xəbər verilir. Qeyd olunur ki, bu ən yüksək göstəricidir.

Rusiyaya gəlincə, həmin dövrdə 1 milyon 309 min 900 rusiyalı Gürcüstana səfər edib. Bu keçənilki göstərici ilə müqaisədə daha çoxdur. Bundan əlavə, bütün postsovet dövrü ərzində il ərzində ilk dəfə olaraq respublikaya bu qədər rusiyalı gəlib.

Türkiyəyə gəlincə isə, Gürcüstana səfər edənlərin sayı 1 milyon 136 mindir.

trend