Azərbaycanın qadın voleybol millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib
7.12.2017

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. Mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.
Püşkün nəticəsi belə olub:
A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika
B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba
C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənibi Koreya, Tailand, Trinidad və Tobaqo
D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr baş tutacaq.

report.az