Azərbaycanın U-17 və U-19 futbol yığmalarının rəqibləri müəyyənləşib
7.12.2017

19 və 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
AFFA-nın rəsmi saytına istinadən xəbər verilir ki, Azərbaycanın U-19 yığması Gürcüstan, İsrail və Lixtenşteynlə birgə I qrupda yer alacaq.
Oyunlar 2018-ci il noyabrın 14, 17 və 20-də Gürcüstanda keçiriləcək.
U-17 millisi isə Çexiya, Norveç və Albaniya ilə birgə VIII qrupda mübarizə aparacaq. Matçlar 2018-ci il oktyabrın 23, 26 və 29-da Albaniyada baş tutacaq.

report.az