Həftəsonu Gənc Tamaşaçılar Teatrında 6 tamaşa nümayiş etdiriləcək
7.12.2017

Gənc Tamaşaçılar Teatrında həftəsonu 6 tamaşa nümayiş etdiriləcək.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 9-da saat 12:00 və 14:00-da P.Panço “Dörd əkizin nağılı”, dekabrın 10-u eyni saatlarda Ş.Perro “Çəkməli pişik” səhnə əsərləri kiçik yaşlı tamaşaçılara təqdim olunacaq.
Teatrda dekabrın 9-u saat 19:00-da ölməz Cəfər Cabbarlının “Aydın” tamaşası, dekabrın 10-da saat 19:00-da isə böyük Azərbaycan yazıçısı və dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndələrindən biri Hüseyn Cavidin “Şeyx Sənan” tamaşası nümayiş olunacaq.
Tamaşalarda əməkdar artistlər - Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nübar Novruzova, Rasim Cəfər, aktyorlar - Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Asya Atakişiyeva, Elnur Hüseynov, Ədalət Əbdülsəməd, Şəbnəm Hüseynova, Anar Səfiyev, Ramil Məmmədov, Səbinə Məmmədova və başqaları oynayırlar.

report.az