"SABAH" xaricdə təhsil sərgisi keçirilib
23.11.2017

Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçirilib.
Sərgi iştirakçıları ondan artıq ölkənin yüzdən çox universitetində bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.
Sərgidə ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak ediblər.
Sərgidə paralel olaraq gün ərzində İsveçrədə turizm təhsili, Almaniyada inkişaf imtahanları, Polşada təhsil mövzularında xarici mütəxəssislər tərəfindən seminarlar keçirilib.

report.az