Azərbaycan Moskvada "Nar Bayramı"nı təşkil edəcək
23.11.2017

Moskvanın Taqansk parkında noyabrın 25-də Azərbaycan diasporunun dəstəyi ilə "Nar Bayramı" keçiriləcək.
Moskvalılara və paytaxtın qonaqlarına nardan hazırlanmış içki və yeməklər təklif olunacaq.
Bununla yanaşı, qonaqlar Azərbaycanın milli mətbəxi, mədəniyyəti, incəsənəti, maraqlı tarixi faktları, dövlət dili və ədəbiyyatı ilə tanış ola biləcəklər.
Tədbirdə həmçinin Azərbaycan kollektivlərinin və artistlərinin iştirakı ilə konsert baş tutacaq, uşaqlar meydançada animatorlarla vaxt keçirəcəklər.
Günün əsas hadisəsi "Nar Kralının və Kraliçanın" seçilməsi olacaq.

report.az