"Kapital Bank" "Şəffaf vergi partnyorluğu statusuna" layiq görülüb
22.11.2017

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti "Kapital Bank"ı "Şəffaf vergi partnyorluğu statusuna" layiq görüb.

Bankdan bildiriblər ki, noyabr ayında nazirlik tərəfindən partnyor vergiödəyicisi statusunun əldə olunması münasibətilə "Kapital Bank"a bildiriş göndərilib.

"Kapital Bank" Azərbaycan Respublikası vergilər haqqında qanununa uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28,6 milyon manat vergi ödəyib.

Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə, bankın aktivləri 3 milyard manat, xalis mənfəəti 57,6 milyon manat, nizamnamə kapitalı 185 milyon manat, məcmu kapitalı isə 266,3 milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.

azertag.az