“ASAN Radio” Gəncədə yayıma başlayıb
21.11.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.

İndi “ASAN Radio”nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür.

Qeyd edək ki, “ASAN Radio” Bakı, Abşeron və Sumqayıtda 100.0 Mhz tezliyində, Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində yayımlanır.

Hazırda “ASAN Radio”nun yayım dairəsi Azərbaycan Respublikası bölgələrinin 65-70 faizini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və 2015-ci ildə yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

azertag.az