“Çimnaz xanım yuxudadır” komediyası Kəngərli tamaşaçılarına təqdim edilib
16.11.2017

Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Kəngərli Rayon Mədəniyyət Evində Xalq Şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Akif Əsədov, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Əsər Çimnaz xanımın məhəllə qadınları ilə teatra getməsi üçün evində qurduğu oyundan bəhs edir. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar gələndə ona xanımının başı ağrıdığı üçün yatdığını desin. Qafar yataq otağına keçmək istəyəndə Nabat çox çalışır ki, o, xanımının teatra getdiyini bilməsin. Əsərin əsas ideyası və məzmunu ailədə sədaqəti və düzgünlüyü təbliğ etməkdir.

Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

azertag.az