Milli Kitabxanada “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı təqdim olunacaq
16.11.2017

Noyabrın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Gülhüseyn Kazımlının “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimatı keçiriləcək.

Kitabxanadan bildirilib ki, yeni nəşr ictimai fikir tariximizin görkəmli nümayəndələrindən olan jurnalist, tərcüməçi və dramaturq Əsgər Goraniyə həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə respublikanın tanınmış elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak edəcək.

azertag.az