Ölkəmiz Bəhreyn arxeoloji irs evinin açılışında təmsil olunub
14.11.2017

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirməklə yanaşı, mədəni tədbirlərə də qatılıblar. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak edib.

Nazirlikdən bildirilib ki, Bəhreyn Krallığının mədəniyyət və əntiq əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə açılış mərasimində çıxış edərək son illər ölkəsində həm tarixi abidələrin bərpası, həm də yeni muzeylərin açılışını yüksək qiymətləndirib. Bildirib ki, Bəhreynə turist səfərlərinin çoxalması nəticəsində belə obyektlərə maraq artıb. O, Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyini vurğulayıb.

azertag.az